Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 11 may 2024-cü il tarixli Qərarı ilə müddət gözlənilmədən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsinə əsas verən xəstəliklərin sayı 5-dən 73-ə çatdırılıb.
Bu xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, xroniki böyrək xəstəliyi, mərkəzi sinir sisteminin miеlinsizləşmə ilə müşahidə olunan xəstəlikləri, autizm və bir çox hematoloji xəstəliklər, 18 yaşadək olan şəxslərdə şəkərli diabet və s. daxildir.
Həmin xəstəliklər səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər müalicə müddəti gözlənilmədən rəsmiləşdirilir və qiymətləndirmə aparılır.
Göndərişlər tibb müəssisələri tərəfindən elektron qaydada rəsmiləşdirildikdən sonra ƏƏSMN-in “Əlillik” altsisteminə daxil edilərək adsızlaşdırılır və göndərişin aid olduğu şəxsin kimliyi, göndərişi daxil edən tibb müəssisəsi və s. bilinmədən göndərişdəki diaqnoz əsasında şəffaf və obyektiv qərar qəbul olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.