AZ

Qrizmann gedir, Yulian gəlir

“Atletiko”nun hücumçusu Antuan Qrizmann yayda komandadan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, Fransalı futbolçu ABŞ-ın “Orlando Siti” klubu ilə anlaşıb və karyerasını MLS-də davam etdirəcək.

Məlumata görə, Madrid təmsilçisi artıq onun əvəzini tapıb. Klub “Borussiya”dan Yulian Brandti transfer etmək niyyətindədir. Mövsümün sonunda müqaviləsi bitəcək yarımmüdafiəçi azad agent kimi heyətə cəlb oluna bilər.

Brandt cari mövsümdə 37 oyunda 11 qol vurub və 3 assist edib.

Seçilən
76
idmanxeber.az

1Mənbələr