AZ

Zelenski Belarusdan gələn təhlükədən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski " Belarusdan gələn təhdid "dən danışıb.

Missya.Az "Lenta"ya istinadən xəbər verir ki, o bu barədə "RBC-Ukraine"yə danışıb.

“Mən istəmirəm ki, Belarus bu fantastik ideyalara cəlb olunsun və onlar dəhşətli reallığa çevrilsin”,-Zelenski deyib.

Onun sözlərinə görə, Belarus yollar çəkməklə və artilleriya mövqeləri qurmaqla Ukraynaya qarşı münaqişəyə girməyə hazırlaşır.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov Ukrayna hərbçilərinin Belarusla sərhəddə monitorinq apardığını bildirmişdi.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
67
missiya.az

1Mənbələr