AZ

Ombudsmanın Qərb Regional Mərkəzi əlilliyi olan saxlanılanlar üçün maarifləndirmə tədbiri keçirib

Ombudsmanın Qərb Regional Mərkəzi əlilliyi olan saxlanılanlar üçün maarifləndirmə tədbiri keçirib

Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında həmin müəssisədə saxlanılan əlilliyi olan təqsirləndirilən şəxslərin iştirakı ilə hüquqi maarifləndirici görüş keçirilib.

AFN.az xəbər verir ki, “Əlilliyi olan şəxslərin bərabərlik hüquqlarının təmini” mövzusunda keçirilən görüş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında baş tutub.

Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri, Milli Preventiv Qrupun üzvü Səbuhi Abbasov ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial təminatı, reabilitasiya və cəmiyyətə inteqrasiyası sahəsində məqsədyönlü işlərin aparıldığını qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikası 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və bu istiqamətdə öhdəliklər uğurla yerinə yetirilir.

Eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, müvafiq qanunvericilik dəyişikliklərinə əsasən, Müvəkkilə əlilliyi olan şəxslərin hüquqları üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyəti verilib.

Tədbir zamanı əlilliyi olan şəxslərin, o cümlədən təqsirləndirilən şəxslərin hüquqları və həmin hüquqların müdafiəsi mexanizmləri, ayrı-seçkiliyin yolverilməzliyi barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Seçilən
87
1
afn.az

2Mənbələr