Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan Respublikası Dövlət NeftFondunun (ARDNF) investisiya portfelinin 26,5%-ni Şimali Amerikayayatırılan investisiyalar təşkil edib.
Trend bubarədə fonddan məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faizbəndi çoxdur.
Bununla yanaşı, cari ilin aprelin 1-nə fondun investisiyaportfelinin 25,9%-ni Avropaya (ötən ilin eyni dövrü ilə müqayisədə3,9 faiz bəndi az), 8%-ni Asiyaya (11,8 faiz bəndi az), 1,4%-niYaxın Şərqə (0,6 faiz bəndi çox), 0,9%-ni Yeni Zellandiya vəAvstraliyaya (0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikasına(əvvəlki ilin eyni dövründəki göstərici ilə eyni) yatırılaninvestisyalar təşkil edib.
Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nəbərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,02 faiz bəndiaz).
Qızıla investisiyalar portfelin 35,6%-i, beynəlxalq maliyyətəşkilatlarına investisiyalar isə portfelin 1,6%-i qədər olub.