AZ

Ukraynada səfərbərlik: Damda dava və qaçan "şikəstlər" — VİDEO

Ukraynada ərazi komplektləşdirmə mərkəzləri (TCK) səfərbərlik prosesini elə bir israrla davam etdirirlər ki, baş verənlər bəzən absurd xarakter alır.

Ölkə.Az müxtəlif Ukrayna mənbələrinə istinadən ən "səs-küylü" səfərbərlik kadrlarını bir araya toplayıb.

Məsələn, Volın vilayətində TCK əməkdaşı hərbi xidmətə çağırılan şəxsi tutmaq üçün evin damına dırmaşmalı olub. Hadisə nəticəsində hərbçi həmin şəxsi damdan itələyib və özü də onunla birlikdə yerə yıxılıb.

Xəbər saytlarında hərbi komissarlıq əməkdaşlarının çağırışçıları qovması və müxtəlif üsullarla saxlamasını əks etdirən digər görüntülər də geniş müzakirə olunur.

Aşağıda isə hərbi komissarlığın digər əməkdaşı yıxılan adamı tutmağa çalışıb.

Bənzər bir qəribə hadisə Lutsk şəhərində də yaşanıb. TCK əməkdaşları fiziki məhdudiyyəti olan və əsa ilə hərəkət edən bir kişiyə yaxınlaşıblar. Lakin həmin an "möcüzə" baş verib — kişi birdən-birə "sağalıb" və elə sürətlə qaçmağa başlayıb ki, hərbi komissarlığın sağlam əməkdaşları onun arxasınca güclə çatıblar.

Seçilən
34
1
olke.az

2Mənbələr