Bakı.Trend:
Nəsimi rayonunda ictimai nəqliyyatda “Iphone” markalı mobiltelefon oğurlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən,əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərəksaxlanılıb.
Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyiməlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.