AZ

Luis Enrikenin aqibətinin necə olacağı bilindi - Rəhbərlik Kampuş amilini də nəzərə alıb

PSJ-nin baş məşqçisi Luis Enrikenin aqibətinin necə olacağı açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, Enrikenin iş yerini dəyişmək ehtimalı olduqca azdır. Mənbə Paris klubunun ispaniyalı mütəxəssislə 3+1 illik yeni müqavilə bağlamağa hazırlaşdığını vurğulayıb.

Daha öncə mətbuatda "qırmızı-göylər"in rəhbərliyinin idman direktoru Luiş Kampuşla baş məşqçinin iş birliyindən məmnun olduğu və bu səbəbdən 55 yaşlı çalışdırıcıya uzunmüddətli anlaşma təklif etməyi nəzərdən keçirdiyi barədə məlumatlar dərc edilmişdi. Kampuşun PSJ ilə sözləşməsinin 2030-cu ildə başa çatacağını nəzərə alsaq, Skiranın yaydığı informasiyanın məntiqəuyğunluğu göz önündədir.

Enrikenin Fransa nəhəngi ilə indiki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Toğrul  

Seçilən
73
1
fanat.az

2Mənbələr