AZ

Dövlət Neft Fondunun aktivləri 74 milyard dollara yaxınlaşıb

Bakı.Trend:

Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73milyard 541,5 milyon ABŞ dolları (125 milyard 20,5 milyon manat)təşkil edib.

Trend bubarədə ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, Fondun aktivləri 2026-cı il mart ayının 31-nə isə73 milyard 515,9 milyon ABŞ dolları (124 milyard 976,9 milyonmanat) təşkil edib.

Bundan başqa, 2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-ninümumi gəlirləri 3 milyard 180 milyon manat təşkil edib. Sözügedəndövrdə Fondun neft-qaz gəlirləri 1 milyard 803,1 milyon manat olub.Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplamgəlirlər 1 milyard 376,8 milyon manat təşkil edib, o cümlədən qızılqiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindənyaranan büdcədənkənar gəlirlər 2 milyard 117,9 milyon manat olub.Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsifonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmindəazalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 milyard223,5 milyon manat təşkil edib.

Məqalədə:
Seçilən
81
8
az.trend.az

10Mənbələr