Bakı, 23 aprel, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sabah ödənilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla da, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.