AZ

Azərbaycan heyəti Moldovada gənclər agentliyində səfərdə

Moldova Milli Gənclər Agentliyi 22 aprel-də EU4Youth proqramı çərçivəsində təşkil olunmuş Azərbaycan nümayəndə heyətinin tanışlıq səfərinə ev sahibliyi edib. Nümayəndə heyəti Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçilərini bir araya gətirir və səfərin məqsədi təcrübə mübadiləsi aparmaq, gənclər siyasəti və bi sahədə əməkdaşlığı gücləndirmək, xüsusilə gənclər sektorunun inkişafı və imkanları məhdud gənclərin inklüzivliyini təşviq etməkdir.

QHT.az bildirir ki, nümayəndələr Milli Gənclər Agentliyinin fəaliyyəti, ölkə səviyyəsində həyata keçirilən əsas proqramlar və gənclərin iştirakının dəstəklənməsi mexanizmləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Qurumun direktor müavini Vadim Smıntına açılış nitqində qeyd edib:

“Moldova Respublikasının gənclər xidmətlərinin inkişafı sahəsində təcrübəsini təqdim etmək və gənclərin, o cümlədən imkanları məhdud olan gənclərin iştirakını artıracaq həll yollarını açıq müzakirə etməkdən məmnunuq. Yalnız yaxşı təcrübələrin mübadiləsi və əməkdaşlıq yolu ilə daha inklüziv və səmərəli gənclər siyasəti qura bilərik”.

Seçilən
60
qht.az

1Mənbələr