AZ

Sistemli mübarizə lazımdır Hüquqşünas Əkrəm Həsənov

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Hesablama Palatası dövlət strukturlarında, qurumlarda yoxlamalar edib.

Yoxlamalar zamanı bir çox yerlərdə maliyyə pozuntuları və digər bir sıra nöqsanlar qeydə alınıb.

Əlbəttə, bu, ilk deyil. Baxmayaraq ki, bir çox hallarda bu cür faktlar ortaya çıxır, ancaq yenə də tam düzəlmə müşahidə etmək olmur.

Bəs görəsən, səbəb nədir?

Daha dəqiq, bu cür halların olmaması ilə bağlı nə etmək lazımdır, hansı addımlar atılmalıdır?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Əkrəm Həsənov danışıb.

O bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə yoxdur.

“Yəni ki, məsələn, tenderler qeyri-şəffaf keçirilir, məmurların gəlir bəyannaməsi tələbi qəbul olunsa da, Nazirlər Kabineti bəyannamənin formasını təsdiqləməyib. Halbuki adi bir şeydir. Azərbaycanda normal dövlət strukturlarının keçirdiyi tenderlər, satınalmaların əksəriyyəti pozuntularla doludur. Bunu da hamı bilir. Kim tenderi udacaqsa, əvvəldən məlum olur. Müəyyən istisnalar olsa da, əsasən belədir. Ona görə də sistemli mübarizə lazımdır, ayrı-ayrı hallara görə yox. Hansısa məmuru filan korrupsiyaya görə məsuliyyətə cəlb edirlər bəzən. Onda da deyirlər ki, yəqin başqa səhvi var. Edilirsə, hamı edilməlidir”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
icma.az

1Mənbələr