ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Rich Motors” MMC və ya “Geely Azerbaijan” barəsində 16 mart 2026-cı il tarixində inzibati protokol tərtib edib.
Məlumata görə, aparılan yoxlamalar zamanı şirkətin qadağan olunmuş reklam fəaliyyəti ilə məşğul olduğu və reklam yayımı qaydalarına riayət etmədiyi müəyyən edilib.
Bu hal “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib və İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi üzrə rəsmiləşdirilib.
“Rich Motors” MMC — Azərbaycanda avtomobil idxalı, satışı və servis fəaliyyəti göstərən, əsasən Çinin “Geely” markasının rəsmi distribütoru kimi tanınan avtomobil şirkətidir.(banker)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.