AZ

Papikyan Kobxidze ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Papikyan özünün sosial media hesabında məlumat yayıb.

“Tbilisidə Kobaxidze ilə görüşdüm, ona Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın səmimi salamlarını çatdırdım. O cümlədən müdafiə sektorunda ikitərəfli əməkdaşlığın irəliləyişini yüksək qiymətləndirərək, əməkdaşlığın prioritetlərini və perspektivlərini təqdim etdim”, - deyə siyasətçi vurğulayıb.

Papikyan həmçinin qeyd edib ki, görüş zamanı o, Kobaxidze ilə regional təhlükəsizliklə bağlı məsələlərə də toxunub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
96
missiya.az

1Mənbələr