AZ

Heç vaxt bağışlamayacağıq, tarix onları ittiham edəcək

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistan təkcə torpaqlarımızı işğal etmədi, eyni zamanda bizim mədəni irsimizi də məhv etməklə məşğul oldu. Torpaqlar işğaldan azad edildikdən sonra biz tarixi abidələrin təkcə Azərbaycana deyil, dünya mədəni irsi üçün böyük əhəmiyyət daşıyan binaların məhv edildiyini gördük. Məscidlərimiz, hətta kilsələr belə dağıdılıb”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, Ermənistan işğalçıları bu torpaqlarda özlərini vəhşicəsinə apardılar:“Vətən müharibəsindən sonra təkcə maddi deyil, eyni zamanda mədəni irs itkimizin də qiymətləndirilməsinə başlandı. Bununla bağlı azərbaycanlı tədqiqatçıların hazırladığı itkilər siyahısı mövcuddur. Bu, tarix üçün və Ermənistan işğalçılarının tarixi baxımdan ittiham olunması üçün olduqca vacibdir. Eyni zamanda bu, gələcək nəsillər üçün də lazımdır ki, 30 illik işğal dövrünün bizə vurduğu zərər bir daha aydın görünsün. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib, xarici qonaqlar məlumatlandırılıb. Təəssüf ki, keçmiş tariximizin bir hissəsi artıq bu itkilərlə bağlı xatırlanacaq. Amma biz bu itkiləri işğalçılara heç zaman bağışlamayacağıq, tarix onları ittiham edəcək. Azərbaycan xalqı isə bu abidələri bərpa etməklə yanaşı, eyni zamanda yeni və dəyərli tarix abidələri yaratmaqda davam edəcəkdir”.Qeyd edək ki, Azərbaycanın uzun illər işğal altında qalan ərazilərində mədəni irsə qarşı həyata keçirilən dağıntılar təkcə maddi deyil, həm də mənəvi dəyərlərə vurulan ciddi zərbə kimi qiymətləndirilir. Xüsusilə Ağdam rayonu, Füzuli rayonu, Zəngilan rayonu, Kəlbəcər rayonu və Cəbrayıl rayonu kimi bölgələrdə yüzlərlə tarixi-dini abidənin məqsədyönlü şəkildə dağıdıldığı, talan edildiyi və mənimsənildiyi barədə faktlar mövcuddur. Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
demokrat.az

1Mənbələr