AZ

Paşinyan: Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağını deyə bilmərəm

BAKI, 23 aprel. TELEQRAF

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) de-yure və de-fakto çıxıb-çıxmayacağı hələlik məlum deyil.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, ölkənin hazırkı xətti təşkilatdakı fəaliyyətin dondurulması ilə bağlıdır:

"Seçkiqabağı proqramımızda aydın şəkildə qeyd olunub ki, biz KTMT-də işlərin aktivləşdirilməsi istiqamətində konkret addımlar atmayacağıq. Yəni, fəaliyyətin bərpası gözlənilmir. KTMT-dən de-yure və ya de-fakto çıxıb-çıxmayacağımıza gəlincə, bu, başqa söhbətdir, indidən deyə bilmərəm. Vəziyyətə uyğun hərəkət edəcəyik".

Seçilən
69
teleqraf.com

1Mənbələr