Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür!
Adamlar var ki, hər dəfə kitab alanda Bayram edir. Adamlar da var ki, kitabın adından dayanmadan manipulyasiya edir. Baxıram, bu günlə bağlı tədbirlər keçirilənərin və dəvət olunanların tam əksəriyyətinin “kitab ” anlayışı belə yoxdur.
Bu gün əslində zəngin kitabxanası olanların bayramıdır. Kitabı təbliğ edənlər isə əsl maarifçilərdir.
Bu gün münasibətilə dahi Umberto Ekonun “Dördünçü ölçü yazıçılar” essesindən bəzi fikirləri sizinlə bölüşürəm: Eko yazır:
“70 -ci illərdə mənim məşğul olduğum müəllifləri 4-cü ölçü yazıçılar adlandırıram. İş burasındadır ki, 1-ci ölçüdə olanlar əlyazmalar müəllifləridir. 2-ci ölçüdə yazıçılar kitabları ciddi nəşriyyatlarda çap olunanlardır. 3-cü ölçüyə gəldikdə isə deyə bilərəm ki, onlar özlərini təbliğ etməklə populyarlıq qazananlardır. 4-cü ölçüdə olanlar kitablarını öz hesablarına çap etdirənlərdir və maraqlıdır ki, nəşriyyatların əksəriyyəti qeyri-müəyyən “istedadlar üzrə” ixtisaslaşıblar.”
Eko maraqlı məsələyə toxunub. İndiki şəxsi kitabxanların əksəriyyətini 4-cü ölçüdə olan yazıçıların kitabları ilə doldurub.
Əlifbanın dəyişməsi milyonlarla kitabın tullantıya çevrilməsinə səbəb oldu. Bizdə tərcüməçilik institutu formalaşmadığından xarici ədəbiyyatlar tam əksəriyyəti rus dilindən tərcümə olunub.
Dəyərli kitabların dili önəm kəsb etməməlidir. Kim ki, çin, yapon, ingilis, fransız, ispan, portuqal dillərində yazılmış kitabları oxuya bilirsə kitablar haqqında məlumat versin.
Həmin dilləri bilməyənlər kitabların rus, türk dillərində tərcümələri ilə maraqlanacaqlar.
Etibar Əliyev
Fəlsəfə üzrə fəlsəfə doktoru
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.