Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Paşinyanın növbəti dəfə seçilməsi üçün müəyyən şanslar mövcuddur. Hətta müttəfiqlər koalisiya yaratmasa belə, böyük ehtimalla Paşinyan qarşıdakı illərdə Ermənistanı baş nazir kimi idarə edəcək və Azərbaycan ilə sülh müqaviləsinin imzalanması üçün müsbət şərait formalaşdıracaq”.
Gununsesi.info bildirir ki, bu fikri hərbi ekspert Ədalət Verdiyev deyib:
Çünki sülh sazişinin paraflanması məhz onun dövründə baş verib.
Azərbaycan sülh sazişinin imzalanması üçün yalnız bir şərt irəli sürür: Ermənistan konstitusiyasının dəyişdirilməsi və ya yenilənməsi. Ermənistan bu istiqamətdə təklif versə də, seçkilərin vaxtı məlum olduğu halda konstitusiya dəyişikliyini seçkilərdən sonrakı dövrə saxlamaq niyyətindədir. Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri ilə konstitusiyanın yenilənməsi üzrə referendum eyni vaxtda keçirilə bilərdi və bu proseslər bir-birinə mane olmur.
Hər bir halda Paşinyan Azərbaycana siqnal verir ki, ona mane olunmasın, seçilsin və daha sonra konstitusiyada dəyişiklik edərək Azərbaycan ilə sülh sazişini imzalasın. Mövcud münasibətlərin səviyyəsi də göstərir ki, Paşinyan artıq Azərbaycanın təklif etdiyi sülh sazişinin tələbləri ilə razıdır və konstitusiya dəyişikliyi məsələsində Azərbaycanın mövqeyini qəbul edir”.
Ədalət Verdiyev əlavə edib ki, Ermənistan üçün əsas məsələ Paşinyanın rəhbərlik etdiyi partiyanın növbəti parlament seçkilərində qalib gəlməsidir:
“Əgər bu baş verərsə, regionda sülhün və təhlükəsizliyin daha yüksək səviyyəyə yüksələcəyini gözləmək mümkündür.
Əks halda, yəni Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə və konstitusiya dəyişikliyi baş verməzsə, Azərbaycan ilə Ermənistan arasındakı proseslər daha gərgin mərhələyə daxil ola bilər. Bu isə Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.