Ermənistan Qazaxıstanın paytaxtında öz səfirliyi üçün yeni bina tikəcək.
Bu barədə "Far.Az" erməni mediasına istinadən xəbər verir.
Qərar bu gün Ermənistan Nazirlər Kabinetinin iclasında təsdiq edilib. Tikintidən sonra bina Ermənistan Respublikasının mülkiyyətinə keçəcək.
Tikintinin həyata keçirilməsi üçün 1,5 milyon dollar tələb olunacaq.