AZ

Hirkan Daşdatük Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Lənkəran rayonu ərazisindəki Hikan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.

BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun dağlıq və dağətəyi ərazisində yerləşən Hirkan-Daştatük-Biləsər yolunda sürüşmə zolağı genişlənib.

Nəticədə yolun hərəkət zolağında çökmələr əmələ gəlib, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb. Qeyd edək ki, bu yol bir neçə kəndin rayon mərkəzinə çıxışını təmin edir və digər alternativ nəqliyyat yolu yoxdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ərazinin nəzarətdə saxlanıldığı, geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacağı bildirilir.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
3
baku.ws

4Mənbələr