"Həyatım boyu həm doğru, həm də yanlış qərarlar vermişəm. Verdiyim ən çətin - və inanıram ki, ən düzgün - qərar 2018-ci ildə "öz vədimi pozmaq" və Baş nazir vəzifəsinə can atmaq olub".
Missiya.Az xəbər verir ki, bunu Ermənistan Respublikasının 3-cü prezidenti Serj Sarkisyan istefasının səkkizinci ildönümü münasibətilə verdiyi bəyanatda deyib.
"Təəssüf ki, bu da mənim ən böyük səhvim idi, çünki mən xalqımıza namizədliyimin məqsədinin hakimiyyəti saxlamaq deyil, Qarabağ və Ermənistanın təhlükəsizliyini təmin etmək olduğunu izah edə bilmədim. Bəli, Baş nazir Nikol Paşinyan haqlı idi - o, hər yola getməyə hazır idi və heç bir qırmızı xətti yox idi, mən namizədliyini irəli sürməməli idim. Və mən öz xalqımıza mürəkkəb danışıqlar vəziyyətində mənim getməyim fəlakətə səbəb olacağını izah edə biləcəyimizi düşünməkdə yanılmışdım. Bəli, Nikol haqlı idi, o, xalqımızı aldatmağa müvəffəq olsa da, mən özümü izah edə bilmədim",- deyə Sarkisyan bildirib.
O əlavə edib ki, 2018-ci ildə Baş nazirliyə namizədliyimi irəli sürdüyüm üçün bir çox şeyi itirdim - başa düşülməməyimdən tutmuş nəticədə öz xalqım tərəfindən rədd edilməsinə qədər.
Nurlana ƏhmədovaMissiya.Az