Türkiyənin Antalya şəhərində avtomobil təmirxanasında güclü partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə saat 02:00 radələrində Kepez rayonu Yakup D.-yə məxsus avtomobil təmirxanasında olub.
Hadisə nədicəsində 5 avtomobil tamamilə yanıb, 15 avtomobil isə qismən zərər görüb. Baş verən yanğın yaxınlıqda təmirxanaya da sıçrayıb.
Səbəbi məlum olmayan yanğın qısa müddətdə böyüyərək iş yerini tamamilə bürüyüb. Hadisə yerinə yanğınsöndürən əməkdaşlar cəlb olunub.
