AZ

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub

Türkiyədə 15 yaşına çatmamış şəxslərə sosial şəbəkələrdən istifadə qadağan olunub. Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Məlumata görə, Sosial Xidmətlər Qanununda və bəzi digər qanunlarda dəyişiklik edən, o cümlədən sosial media ilə bağlı qaydaları da özündə əks etdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilərək qanuna çevrilib. Qanuna əsasən, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcək və bu cür xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş təsdiqlənməsi də daxil olmaqla zəruri tədbirlər görməyə borclu olacaqlar. Bundan əlavə, sosial şəbəkə provayderi, xüsusilə 15 yaş və yuxarı uşaqlar üçün təcrid olunmuş xidmətlər təklif etmək üçün lazımi tədbirləri görəcək. Bu tədbirlər sosial şəbəkə provayderinin veb saytında dərc olunacaq. 

Bu müddəa qaydanın dərc edildiyi tarixdən altı ay sonra qüvvəyə minəcək.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
55
missiya.az

1Mənbələr