AZ

Makronun Ermənistana səfər etməsinin səbəbi açıqlandı

ain.az, Unikal.az saytına istinadən bildirir.

Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı strateji tərəfdaşlıq sənədi imzalanacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. 

"Makronun səfərinin gündəliyi müxtəlif sahələrdə, xüsusən də təhsil, hərbi-texniki əməkdaşlıq və süni intellekt sahələrində əməkdaşlıq sənədlərinin imzalanması ilə zəngin olacaq", - deyə o Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana dövlət səfəri edəcək.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
1
unikal.az

2Mənbələr