AZ

“Microsoft” Avstraliyada süni intellekt infrastrukturu üçün milyardlarla sərmayə ayıracaq

Bakı. Trend:

ABŞ-ın texnologiya şirkəti “Microsoft” yaxın üç il ərzindəAvstraliyada süni intellekt sahəsində infrastrukturun yaradılmasıvə inkişafına 25 milyard Avstraliya dolları (təxminən 18 milyardABŞ dolları) həcmində investisiya qoymağı planlaşdırır.

Trend xəbər verir ki,şirkətin baş icraçı direktoru Satya Nadella bu barədə “TheAustralian” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu, “Microsoft”un ölkədə indiyədək həyatakeçirdiyi ən iri sərmayə olacaq və əsasən superkompüterimkanlarının artırılmasına, bulud texnologiyalarının inkişafına vəməlumat mərkəzlərinin genişləndirilməsinə yönələcək.

Nadella qeyd edib ki, Avstraliya süni intellektdən istifadəetməklə iqtisadi inkişaf və sosial rifah baxımından böyük imkanlaramalikdir.

Baş icraçı direktor əlavə edib ki, bəzi iş yerlərinin ixtisarolunması riski mövcud olsa da, süni intellekt texnologiyalarıölkədə məhsuldarlığın artırılmasında mühüm rol oynaya bilər. Şirkət2028-ci ilədək ən azı 3 milyon Avstraliya vətəndaşına süniintellekt sahəsində təlim keçməyi planlaşdırır. Bundan əlavə,ayrılan vəsaitin bir hissəsi “Australian Signals Directorate” iləəməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik tədbirləriningücləndirilməsinə sərf olunacaq.

Seçilən
36
az.trend.az

1Mənbələr