Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Gündəlik həyatda tez-tez istifadə etdiyimiz paket çaylarla bağlı İngiltərə və İran alimlərinin apardığı araşdırma ciddi təhlükəni üzə çıxarıb. Food Chemistry jurnalında dərc olunan analizlər göstərir ki, paket çaylar isti su ilə təmasda olduqda milyardlarla mikroplastik hissəcik ayrılır.Tədqiqat nəticələrinə görə, dəmlənməmiş paketlərin birində təxminən 1,3 milyard plastik hissəcik olur. Lakin üzərinə qaynar su əlavə edildikdə bu struktur parçalanır və fincandakı nanoplastik miqdarı 14,7 milyard səviyyəsinə yüksəlir. Xüsusilə neylon və PET materialından hazırlanan tor şəkilli paketlərin yüksək temperaturda daha çox zərərli maddə ifraz etdiyi müəyyən edilib.Mütəxəssislər sağlamlığı qorumaq üçün vərdişləri dəyişməyi məsləhət görürlər. Ən təhlükəsiz üsul paketlənmiş məhsullardan uzaq durub ənənəvi dəm çayına üstünlük verməkdir. Əgər paket çaylardan imtina etmək mümkün deyilsə, plastik tərkibli olanlar yerinə təbii kağız lifli məhsulları seçmək riski azaldır. Həmçinin plastik hissəciklərin parçalanma prosesini sürətləndirdiyi üçün suyu mikrodalğalı sobada qızdırmaqdan çəkinmək tövsiyə olunur.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.