AZ

"Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm"

"Sabah" ailəsini təbrik edirəm. Qələbəni azarkeşlərimizə həsr edirəm. Bizi dəstəklədilər. Hər iki komandanın başa-baş mübarizəsi keçdi. Meydanda maksimumuzu etməyə çalışdıq. İlk hissədə bəzən topa nəzarət rəqibə keçdi. Oyunda önəmli an buraxdığımız qol idi. Rəqib azlıqda olmasına baxmayaraq yaxşı oynadı. Biz də sona qədər mübarizə apardıq. Təslim olmadıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bunu qeyd edib, sabahdan bərpaya başlayacağıq. Düzdü, kubokda finala çıxdıq. Amma hələ kuboku qazanmamışıq və finalın hələ əhəmiyyəti yoxdu. Vacib olan titulu qazanmaqdı. Qarşıda görəcəyimiz işlər çoxdu".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Qarabağ"la baş tutan matçdan (2:1) sonra təşkil olunan mətbuat konfransında deyib. Baş məşqçi həm qırmızı vərəqə, həm də son saniyələrdəki penalti epizodu daxil olmaqla, hakim idarəçiliyi barədə fikirlərini bildirib:

"Hakim qərarlarını şərh etməyini xoşlamıram. Planşetdən epizodlara baxdım. Bu, artıq hakimlərin işidi, özləri danışmalıdı. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, bu hakimliyin də səviyyəsi artmalı, inkişaf etməlidi. Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu danışılacaq. Hakimlik də inkişaf etməlidi. Bəzən eyni epizodlara fərqli qərarlar verilir".

Dambrauskas finaldakı rəqib (Zirə) və həlledici oyunun çətinlik dərəcəsi barədə sualı belə cavablandırıb:

"Final bir oyundan ibarətdi. Həyatımda asan final görməmişəm. Məncə, işimizi görməliyik və titul üçün əlimizdən gələni etməliyik. Finallarda aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. Final günü maraqlı olacaq. Kim güclüdüsə, qazanacaq".
Seçilən
49
2
football-plus.az

8Mənbələr