AZ

''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu

Bu yay ''Mançester Siti''dən ayrılacağı rəsmən bəlli olan Bernardo Silvaya ciddi maraq göstərən klublardan biri də ''Qalatasaray''dı. Türkiyə çempionu ötən yay azad agent statusunda bir başqa ulduz Leroy Saneni heyətinə cəlb etmişdi. Bu dəfə ''Cim-Bom'' İlkay Gündoğanın da yardımı ilə portuqaliyalı ulduzu özünə cəlb etmək istəyir. İlkay uzun illər Silva ilə çiyin-çiyinə oynayıb. Bu arada ''Qalatasaray''ın təcrübəli futbolçuya irəli sürdüyü təklifin detalları bəlli olub. Türkiyəli jurnalist Əli Naci Küçükün məlumatına görə ''sarı-qırmızılar'' Bernardo Silvaya illik 15 milyon avro maaş olmaqla ikiillik müqavilə təklif edib. Ancaq 31 yaşlı futbolçu ''Yuventus'', ''İnter'', ''Benfika'' və ''İnter Mayami''nin də maraq dairəsindədi. Ona görə də Silvanın hansı kluba üstünlük verəcəyini indidən söyləmək çətindi. Portuqaliya yığmasının da aparıcı yarımmüdafiəçilərindən olan Bernardo Silva ''Siti''də 9-cu mövsümünü başa vurmaq üzrədi. O, İngiltərə karyerasında 18 titul qazanıb və forma geydiyi 452 rəsmi oyunda aktivinə 76 qol, 77 məhsuldar ötürmə yazıb.

Seçilən
56
football-plus.az

1Mənbələr