AZ

Pərviz Hacıyev baş həkim vəzifəsindən getdi

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev vəzifəsindən ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb.

“RKUX-dan yenidən ayrılmaq qərarı verdim. Bu qərarı vermək asan olmadı, amma bunun üçün əsaslı səbəblərim var. Ən başlıca səbəb, hər zaman olduğu kimi, mənim üçün ən vacib olan balaca dostlarıma, xəstələrimə daha çox vaxt ayırmaq ehtiyacıdır.

Bununla yanaşı, Avropa Uroloji Cəmiyyətinin Təlimat komitəsinə üzv seçilməyim səbəbilə çox oxumalı, araşdırmalı, yazmalı və bu istiqamətdə daha çox vaxt ayırmalı olduğum işlər də əhəmiyyətli dərəcədə artıb.

TƏBİB və kollektivi hər dönəmdə mənə dəstək olub. Bir müddət əvvəl də öz istəyimlə ərizəmi təqdim etdim və bunu anlayışla qarşıladıqları üçün minnətdaram”, - deyə o əlavə edib.

Qeyd edək ki, o bu vəzifəyə 2025-ci ilin oktyabrında təyin olunmuşdu. Pərviz Hacıyev 2020-2022-ci illərdə də bu vəzifədə çalışıb və öz istəyi ilə ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
6
qafqazinfo.az

7Mənbələr