AZ

Qurbanov gərginliyə səbəb olan penalti epizodundan danışdı

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mən futbolçu və məşqçi kimi penaltini gördüm. Amma belə məqamlar olur.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinalının cavab oyununda “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib:

"Penalti epizodu ilə bağlı fikir bildirməyim fərqli alınar. Yaxından görünmürdü. Amma Rəhim müəllim açıqlama verəcək. Epizodun son dəqiqədə olması mübahisəyə səbəb ola bilir. Mən tərfindən belə məqamlarda fikir bildirəndə fərqli anlaşılır”.

Qeyd edək ki, matç 2-1 hesabı ilə "Sabah"ın qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən, "Sabah" rəqibini 4-3 məğlub edərək kubokun finalına adını yazdırıb.

Matçın son dəqiqəsində isə “Sabah”ın oyunçusunun əlinə cərimə meydançası daxilində top dəysə də, hakim penalti zərbəsi təyin etməyib və matçı başa çatdırıb. Bundan sonra isə “Qarabağ” üzvləri hakimə kəskin etirazlarını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
axar.az

1Mənbələr