AZ

Qılıncoynatma artıq “sehrli” GÖRÜNƏCƏK: Yaponiyanın yeni KƏŞFİ – VİDEO

Yaponiyada qılıncoynatmanı daha baxımlı edəcək yeni texnologiya təqdim edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya texnologiya mərkəzi məlumat yayıb.

Yaponiyada qılıncoynatma idman növünü tamaşaçılar üçün daha maraqlı və aydın edəcək “Fencing Visualized” adlı yeni sistem təqdim olunub.

Qılıncoynatma zamanı hərəkətlərin çox yüksək sürətlə icra edilməsi tamaşaçıların döyüşü izləməsini çətinləşdirdiyi üçün mütəxəssislər bu həlli hazırlayıblar.

Yeni texnologiya kompüter görmə qabiliyyətinə əsaslanır və heç bir sensor və ya xüsusi marker tələb etmir.

Sistem qılıncın hərəkətini real vaxt rejimində izləyərək, onu tamaşaçılara rəngli şleyf (iz) şəklində vizuallaşdırır.

Bundan əlavə, sistem idmançıların hərəkətlərini tanıma və onların fəndlərini interpretasiya etmə qabiliyyətinə malikdir.

Yaradıcılar hesab edirlər ki, bu texnologiya qılıncoynatmanı “sehrli çubuqlarla” edilən döyüşlər kimi daha maraqlı və anlaşıqlı edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
36
interpress.az

1Mənbələr