AZ

“Sabah” finalda: “Qarabağ” mübarizəni dayandırdı - VİDEO

Futbol üzrə Azərbaycan Kubokunda finala yüksələn ikinci komanda “Sabah” olub.

Musavat.com xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda doğma meydanda “Qarabağ”ı qəbul edən Bakı təmsilçisi 2:1 hesablı qələbə qazanaraq adını həlledici mərhələyə yazdırıb.

“Bank Respublika Arena”da keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Ağdam klubunun qoluna 59-cu dəqiqədə Kamilo Duran imza atıb. Meydan sahiblərinin heyətində isə Velko Simiç 78-ci, Patrik Mbina isə 87-ci dəqiqədə fərqlənərək komandasına vacib qələbə qazandırıblar.

Qurban Qurbanovun komandası matçın böyük hissəsini azlıqda keçirməli olub. Belə ki, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski 35-ci dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınmışdı. İki oyunun nəticəsinə əsasən üstün olan “Sabah” finala vəsiqə qazanıb.

Beləliklə, “Sabah” kubokun finalında “Zirə” ilə qarşılaşacaq. “Zirə” yarımfinalda “Turan Tovuz” səddini keçib. Bakı klubu cavab matçında qolsuz heç-heçə etsə də, ilk oyunda qazandığı 2:0 hesablı qələbə sayəsində finala yüksəlib.

***20:45

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. 

Son gündə ikinci finalçı bəlli olacaq.

“Sabah” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, daha öncə “Zirə” “Turan Tovuz”la matçdan qalib ayrılaraq (2:0, 0:0) finala yüksəlib. 

Azərbaycan Kuboku Yarımfinalın cavab oyunu

22 aprel “Sabah” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.

“Bank Respublika Arena”, 20:00. İlk oyun – 2:2.

***

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 81. Kevin Medina (k) 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 10. Abdullah Zubir 9. Joni Montiel 21. Aleksey Kaşuk 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

***

Baş hakim oyunun 35-ci dəqiqəsində qapıçı Mateuş Koxalskiyə qırmızı vərəqə göstərir.

***

Leandro Andrade 40-cı dəqiqədə meydanı tərk edir. Koxalskinin yerinə Fabian Buntiç qapını qoruyacaq.

Seçilən
45
24
musavat.com

10Mənbələr