AZ

Oğuzda Ulu Öndərin anadan olmasının 103 cü ildönümü münasibətilə minifutbol yarışlarına start verilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Oğuz, 22 aprel, AZƏRTAC

Oğuz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş minifutbol idman növü üzrə yarışa start verilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib. Ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında keçirilən yarışları Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı və Oğuz rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbi (UGİŞM) təşkil edib.

Oğuz Olimpiya İdman Kompleksinin futbol stadionunda baş tutan oyunun açılışında YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov, Oğuz UGİŞM-in direktor əvəzi Aqil Əzizov, komandaların məşqçiləri, fiziki tərbiyə müəllimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə aparılan uğurlu idman siyasətindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda müasir idman siyasətinin əsasları Ümummilli Lider Heydər Əliyevin uzaqgörən strateji kursu ilə qoyulub. Bu gün Oğuz rayonunda Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi həmin tarixi irsə olan sonsuz ehtiramın göstəricisidir. Bu yarışlar gənclər arasında idmanın kütləviliyini təmin edir.

Çıxışların sonunda yarış iştirakçılarına uğurlar arzulanıb.

Qeyd edək ki, minfubol yarışının final mərhələsi aprelin 27-də keçiriləcək.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
azertag.az

1Mənbələr