AZ

ABŞ-ın kommersiya xam neft ehtiyatları gözlənilənin əksinə olaraq artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları gözlənilənin əksinə olaraq artıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 1 milyon 925 min barel artaraq 465 milyon 700 min barel səviyyəsinə yüksəldiyini açıqlayıb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların median proqnozu ehtiyatların təxminən 1 milyon barel azalacağı istiqamətində idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 4 milyon 100 min barel azalaraq 405 milyon barel səviyyəsinə enib.

Eyni dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 4 milyon 600 min barel azalaraq 228 milyon 400 min barel kimi qeydə alınıb.

ABŞ-da gündəlik xam neft hasilatı 11–17 aprel həftəsində 11 min barel azalaraq 13 milyon 585 min barelə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
52
1
banco.az

2Mənbələr