AZ

Həsrət Cəfərov Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada türkiyəli Murat Fırata (7:5) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da Həsrət Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu olub.

Seçilən
18
13
publika.az

10Mənbələr