AZ

Samsunspor dan kəskin etiraz Hakimi dəyişin

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Samsunspor"dan kəskin etiraz - Hakimi dəyişin

Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Samsunspor" - "Trabzonspor" matçına hakim təyinatı ciddi narazılığa səbəb olub.

QOL.az xəbər verir ki, "Samsunspor" klubu sözügedən qarşılaşmaya hakim Atilla Karaoğlanın təyin edilməsinə qarşı kəskin bəyanat yayıb. Samsun təmsilçisi cəmi iki həftə əvvəl "Rizespor"la keçirilən oyunda (4:1) mübahisəli qərarlar verən hakimin yenidən onların matçına təyinat almasını qəbulolunmaz adlandırıb.

Klubun açıqlamasında məhz həmin qarşılaşmada Karaoğlanın baş məşqçi Torsten Finkə göstərdiyi qırmızı vərəqə səbəbindən mütəxəssis hazırda 3 oyunluq cəzalı olduğunu xatırladıb. Baş məşqçinin cəzası bitməmiş eyni hakimin yenidən təyin olunmasının ədalət prinsipinə zidd olduğu vurğulanıb.

"Samsunspor" Türkiyə Futbol Federasiyası və Mərkəzi Hakim Komitəsini bu qərara yenidən baxmağa çağırıb.

Qeyd edək ki, "Samsunspor" - "Trabzonspor" qarşılaşması aprelin 23-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
35
qol.az

10Mənbələr