AZ

Xaçmaz üzrə təhsil sektorunun müdiri işdən çıxarıldı

Daxil olmuş şikayət əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayonu üzrə təhsil sektorunda fəaliyyətin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə xidməti araşdırma aparılıb.


Manset.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Dostuyev Qələmşah Dostu oğlu sektor müdiri vəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsil məktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarının bölgüsü zamanı ciddi nöqsanların aşkar edilməsi halları müəyyən edilib.

“Dövlət qulluğu haqqında” Qanunun və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərini pozduğuna görə, 20 fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.

Həmçinin, tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuş şikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılmış xidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqini tapıb.

Xidməti araşdırmanın nəticələrinə əsasən, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Dostuyev Qələmşah Dostu oğlu dövlət qulluğundan azad edilib və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilib”, - deyə məlumatda qeyd edilib.

Seçilən
75
26
manset.az

10Mənbələr