Vaşinqton, 22 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp yaxın 36-72 saat ərzində İranla sülh danışıqlarının yeni mərhələsinin başlamasının mümkün olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə “New York Post" qəzetinin sorğusuna cavabında bildirib.
ABŞ Prezidenti danışıqların yeni mərhələsinin aprelin 24-də keçirilə biləcəyini vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton