Bir neçə gün əvvəl evində halı pisləşərək xəstəxanaya yerləşdirilən və əməliyyat olunan İbrahim Tatlısəs artıq evə buraxılıb.
“Dövlətə bağışladım, övladlarıma bir qəpik də yoxdur. Mən hər şeyi özüm qurmuşam, özüm qazanmışam. Lazım gələrsə, hamısını paylayaram.Mən bütün qapılarımı onlar üçün ağzına qədər açdım, amma istifadə etməyi bilmədilər”. – deyə o qeyd edib.
Qeyd edək ki, Tatlıses xəstəxanada olduğu müddətdə küsülü olduğu qızı Dilan, oğlu Ahmet və nəvəsi Mert də onu görməyə gəlib. Tatlıses övladları ilə görüşsə də, onları bağışlamadığını deyib. Tatlısesin 7 övladı var.