AZ

Kukurellanın bərbəri Çelsi nin start heyətini mətbuata sızdırıb

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Çelsi”nin futbolçusu Mark Kukurella ilə bağlı maraqlı hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı müdafiəçinin bərbəri “Brayton”la oyun ərəfəsində London klubunun heyəti barədə məlumatı sosial şəbəkədə paylaşıb.

Belə ki, o, "X" sosial şəbəkəsində Kukurellanın saçını kəsdiyi fotonu paylaşaraq “Kol Palmer və Juan Pedro bu gün zədə səbəbindən oynamayacaq. Sizə eksklüziv” - sözlərini yazıb.

Daha sonra məlum olub ki, həqiqətən də adları ictimailəşdirilən futbolçular həmin oyunda iştirak etməyiblər.

Qeyd edək ki, Premyer Liqanın 34-cü turunda "Çelsi" "Brayton"a 0:3 hesabı ilə məğlub olub.

Hadisədən sonra həm paylaşım, həm də bərbərin hesabı silinib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
icma.az

1Mənbələr