Bakı, 22 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Elman Kərimli 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medal qazanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qeyd edilib ki, Elman Kərimli, həmçinin ötən il Respublika Fənn Olimpiadasında kimya üzrə gümüş medala layiq görülüb.