AZ

Aprelin son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Aprelin son günlərində Yer kürəsində maqnit qasırğalarının baş verəcəyi gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu nəzdində fəaliyyət göstərən Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti məlumat yayıb.

Laboratoriyanın açıqlamasına görə, aprel ayı ümumilikdə qeyri-sabit geomaqnit vəziyyətlə yadda qalıb. Ay ərzində iki güclü və bir orta səviyyəli geomaqnit dalğalanması qeydə alınıb. Növbəti aktivliyin isə 29-30 aprel tarixlərində baş verəcəyi, həmin günlərdə maqnit qasırğası səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, aprelin 18-də Yer kürəsində G1 səviyyəli (beşballıq şkalanın ən aşağı göstəricisi) maqnit qasırğası başlayıb. Hadisənin kəskin mərhələsi iki gün davam edib və həftəsonuna təsadüf edib.

Alimlər bildirir ki, cari il geomaqnit aktivlik baxımından son dərəcə zəngindir və müşahidələrə əsasən, bu göstərici XXI əsrdə ən yüksək ikinci səviyyəyə uyğun gəlir.

Bundan əlavə, aprelin 13-də axşam saatlarında Günəş səthində iri plazma püskürməsi qeydə alınıb. Hadisə Moskva vaxtı ilə təxminən saat 21:00 radələrində Günəşin sağ kənarında baş verib. Mütəxəssislərin sözlərinə görə, bu püskürmə Yerə təsir göstərməyib, çünki plazma əks istiqamətdə - Venera istiqamətinə doğru hərəkət edib.

Seçilən
26
far.az

1Mənbələr