AZ

25 gündən sonra Quba Alpan Susay Xınalıq yolu açıldı ÖZƏL

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 29-dan güclü qar səbəbindən bağlanan Quba-Alpan-Susay-Xınalıq yolu bu gün yenidən istifadəyə verilib.Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin işçilərinin 25 günlük gərgin əməyi nəticəsində qarın hündür qalaqlar yaratdığı yol təmizlənib və nəqliyyat vasitələrinin hərəkəti üçün tam açılıb.Məlumatı Bizim.Media-ya Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin sahə rəisi Hüseynağa Xəlilov verib.

 

Onun sözlərinə görə, Xınalığa aparan alternativ yolun 25-ci kilometrindən 50-ci kilometrinədək olan hissəsi 25 gün ərzində böyük çətinliklə qardan təmizlənib.

Hüseynağa Xəlilov bildirib ki, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən bu yolda gündə orta hesabla 1 kilometr məsafəni qardan təmizləmək mümkün olub.“Bu gün yolu açdıq. Artıq sürücülər Quba-Alpan-Susay-Xınalıq yolundan maneəsiz istifadə edə bilərlər”, - deyə o vurğulayıb.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
bizim.media

2Mənbələr