AZ

Azərbaycan-Türkmənistan enerji münasibətləri müzakirə edilib

Bakı. Trend:

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Quvanc AğacanovAzərbaycan Respublikasının Türkmənistandakı fövqəladə vəsəlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib.

Bu barədə Trend-ə Azərbaycanın Türkmənistandakı Səfirliyindənməlumat verilib.

Bildirilib ki, səfir Qismət Gözəlov görüş zamanı QuvancAğacanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrikedib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəliqarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrininkişafında mühüm rolu vurğulanıb.

Tərəflər iki ölkə arasında iqtisadi və enerji, xüsusilə neft-qazsahələrində mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirəediblər. Birgə Hökumətlərarası Komissiyanın ikitərəflimünasibətlərin möhkəmləndirilməsində və enerji sahəsindəəməkdaşlığın daha da inkişaf etdirilməsində əhəmiyyəti qeydolunub.

Eyni zamanda, hər iki ölkənin malik olduğu zəngin enerjipotensialı və resursları nəzərə alınaraq, bu sahədə tərəfdaşlığıninkişaf etdirilməsi üçün əlverişli imkanlara diqqət çəkilib.

Səfir, həmçinin, Türkmənistanın Çinlə birgə “Qalkınış” qazyatağının dördüncü mərhələsinin işlənməsinə başlaması münasibətilətəbriklərini çatdırıb. Bu xüsusda, SOCAR-ın prezidenti RövşənNəcəfin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistanda səfərdəolduğu və sözügedən tədbirlərdə iştirak etdiyi qeyd olunub.

Görüşdə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıqvə qardaşlıq münasibətlərinin, xüsusilə enerji sahəsində səmərəlivə praktiki əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsininvacibliyi bir daha vurğulanıb.

Məqalədə:
Seçilən
59
3
az.trend.az

4Mənbələr