ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 22-də saat 09:33 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, orta yaşlı kişi yolu təyin olunmamış yerdən keçərək həm özünü, həm də sürücüləri təhlükəyə atıb. O, yaxınlaşan avtomobilləri gördüyü halda hərəkətinə dayandırmayıb və yolu həmin vəziyyətdə keçməyə davam edib. Üstəlik piyada sürücülərdən birinə barmağıyla işarə edərək ona yol verməsini bildirib.
Xoşbəxtlikdən sürücülər ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşısını alıblar.
Qeyd edək ki, belə hallarda piyadalar yolun istənilən nöqtəsindən deyil, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidir.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.