AZ

İran ABŞ-la danışıqlara başlamaq üçün şərtlərini açıqladı

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ABŞ-ın dəniz blokadasını atəşkəs rejiminin pozulması kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, SNN-ə açıqlamasında danışıb.

İrəvaninin sözlərinə görə, Vaşinqton ilk növbədə blokadanı dayandırmalıdır.

“Əgər blokada aradan qaldırılsa, düşünürəm ki, növbəti danışıqlar raundu baş tutacaq və İslamabadda keçiriləcək”, - deyə o bildirib.

İranlı diplomat vurğulayıb ki, əgər ABŞ danışıqlar masasına əyləşmək istəsə, Tehran da buna hazırdır.

“Onlar danışıqlar yolunu seçsələr, biz də hazırıq. Amma müharibə yolunu seçsələr, İran buna da hazırdır”, - deyə İrəvani əlavə edib.

O, həmçinin qeyd edib ki, atəşkəs bütün bölgəni, o cümlədən Livanı da əhatə etməlidir.

Bizim.Media

Seçilən
55
bizim.media

1Mənbələr