AZ

"Karvan-Yevlax"ın U-10 komandası yarışlardan kənarlaşdırıldı, baş məşqçisinə ağır cəza verildi

AFFA U-10 Liqasında çıxış edən "Karvan-Yevlax" yarışdan kənarlaşdırılıb, baş məşqçisinin 6 ay müddətinə futbola aid istənilən fəaliyyəti qadağan edilib.

Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul olunub.

Bildirilib ki, U-10 Liqasında iştirak edən "Karvan-Yexlax" SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb və bölgə təmsilçisi yarışlardan kənarlaşdırılıb.

Komandanın baş məşqçisi Oqtay Əlizadənin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi yasaqlanıb.

Seçilən
48
40
fanat.az

10Mənbələr