AZ

AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı

AFFA U-10 Liqasında iştirak edən "Karvan-Yevlax"ı yarışdan kənarlaşdırıb.

"Football-plus.az" xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

"Karvan-Yevlax" SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə cəzalandırılıb. Kollektiv 0:3 hesablı texniki məğlubiyyət alıb, yarışlardan kənarlaşdırılıb.

Həmçinin komandanın baş məşqçisi Oqtay Əlizadənin isə 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan olunub.

Seçilən
44
3
football-plus.az

3Mənbələr