AZ

Hava ilə bağlı xəbərdarlıq

BAKI, 22 aprel. TELEQRAF

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
32
21
teleqraf.com

10Mənbələr