Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Aysun qeyd edib ki, nişan xonçaları üçün lazım olan bütün xərcləri özü qarşılayıb. O, bu vəsaiti Şəmkirdə qatıldığı toy məclisindən qazandığı pulla təmin etdiyini açıqlayıb. Müğənni həmçinin kosmetika, geyim və digər xonça atributlarını da şəxsi büdcəsi hesabına aldığını deyib.
Bundan əlavə, sənətçi nişan üzüklərinin də öz tərəfindən alındığını bildirib. Yalnız evlilik təklifi zamanı təqdim edilən üzüyün isə yeni alınmadığını, qarşı tərəfin anasına məxsus olduğunu qeyd edib.
Onun bu etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.